Biz bütün Azərbaycan ərazisində 360 dərəcəlik Panoram çəkilişlər və Virtual Turlar həyata keçiririk. Məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli məhsul təqdim etməklə yanaşı ölkəmizin turizm sahəsinin inkişafında yardımçı olmaqdan ibarətdir. 


Şirkətimiz həm kiçik biznes sahələri, həmçinin də müxtəlif istehsal sahələrində fəaliyyət göstərən şirkətlər üçün Virtual Turlar hazırlayır:

  •   Otellər və İstirahət mərkəzləri
  •   Restoranlar
  •   Kafe və Barlar
  •   Avtosalonlar
  •   Turizm mərkəzləri
  •   SPA və Gözəllik salonları
  •   Daşınmaz əmlak agentlikləri
  •   Təhsil mərkəzləri
  •   Xəstəxana və Klinikalar
  •   Biznes mərkəzləri
  •   Fitness klublar
  •   Tikinti mərkəzləri
  •   və sair
  

360 dərəcəlik Panoram çəkilişlər, potensial müştərilərinizə məhsulunuzu və ya obyektinizi təqdim etmək üçün ən faydalı və effektiv üsuldur. Virtual Tur vasitəsilə istifadəçi istənilən yerin 360 dərəcəlik görüntüsünü izləyə bilir. Virtual Tura fotoşəkillərdən savayı müxtəlif multimediya vasitələri (musiqi, mətn, video və s.) əlavə oluna bilir və bununla da tam məhsul kimi müştəriyə təqdim olunur.

Əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlamanızı xahiş edirik.


Müştərilərimiz

 

Şəhərimizin ən nüfuzlu şirkət və mərkəzləri artıq bizim xidmətlərimizdən yararlanır. Bu siyahıda Porsche Bakı mərkəzi, Days Hotel, Ramada Hotel və bir çox digər tanınmış şirkətlər vardır. Yüksək səviyyəli xidmətlərimizi həm dövlət, həm də özəl qurumlar üçün, kiçik ofislərdən tutmuş ən böyük şirkətlərə qədər təklif edirik.

 

 

 
 
 
 
Bank Avrasiya